Oruclu kəndində vətəndaşlarla səyyar görüş keçirilib
09 avqust 2022 | 18:55
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin avqustun 9-da rayonun Oruclu kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Səyyar görüşdə icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Sonra icra başçısı prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edib. O, səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışaraq bildirib ki, belə görüşlər davamlı olacaqdır. Daha sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlərin və problemlərinin həlli yolu araşdırılıb. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.