Şriftin ölçüsü :

Saytın rəngi :

Ölcələr kəndində şəhid ailəsi yaşayan küçə asfaltlanıb

24 avqust 2022 | 16:37
  Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin istiqamətlərindən birini təşkil edir. Sözügedən istiqamətdə gerçəkləşən prioritetlərə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərimizin adının əbədiləşdirilməsi, ailələrinin sosial problemlərinin həlli İmişli Rayon İcra Hakimiyyətinin xüsusi diqqətində saxlanılır. Belə ki, görülən tədbirlər çərçivəsində vətəni ləyaqətlə qoruyaraq şəhadətin zirvəsinə yüksəlmiş şəhid Cabbarov Şöhrət Əli oğlunun ailə üzvlərinin yaşadığı İmişli rayonunun Ölcələr kəndində kənddaxili yola yeni asfalt örtük salınıb. Həmin yolda əvvəl qum-çınqıl materialları tökülərək mexaniki hamarlama və bərkitmə işləri aparılıb, sonra 800 kv.metr yeni asfalt-beton örtüyü döşənib.
  Qeyd edək ki, hazırda İmişli rayonunda şəhid ailələrinin yaşadıqları ünvanların hər birində təmirsiz yolların asfaltlanması istiqamətində müvafiq tədbirlər görülür.
Keçidlər