Şriftin ölçüsü :

Saytın rəngi :

Ölcələr kəndində 21.01.2025-ci il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

21 yanvar 2025 | 17:09
   İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbulunu yanvarın 21-də rayonun Ölcələr, Soltanmuradlı və Yuxarı Qaralar kənd sakinləri ilə keçirib. Ölcələr kənd tam orta məktəbində təşkil olunan görüşdə kənd sakinləri ilə yanaşı rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak ediblər.
   Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri salamlayaraq İmişli rayonunda həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışıb. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də sakinlərə ətraflı məlumat verib. Sonra sakinlərin müraciətləri dinlənilib. Qəbul zamanı sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib.
Keçidlər