Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 6-da şəhid Abas Şahbazovun 3-cü ildönümü mərasimi qeyd olunub

06 oktyabr 2023 | 14:25
    Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, İmişli rayonunun Qulubəyli kəndindən olan çavuş Şahbazov Abas Cavad oğlunun 3-cü ildönümü mərasimi qeyd olunub. Oktyabrın 6-da İmişli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının kollektivləri şəhidimizin ildönümü mərasimində iştirak ediblər. Mərasim zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onun Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, əziz xatirəsi dərin ehtiramla yad olunub və ruhuna dualar oxunulub. Eyni zamanda şəhidimizin xatirəsinin qəlblərdə əbədi yaşayacağı qeyd olunub. Şəhidimizin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər, prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
     Allah rəhmət eləsin!
Keçidlər