Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüş Rəsullu kəndində keçirilib

18 oktyabr 2022 | 18:46
  İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin oktyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü bu gün Rəsullu kəndində keçirilib. Rəsullu kənd tam orta məktəbində təşkil olunan görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndəliyinin əhatə etdiyi Rəsullu, Məhəmmədli və Yalavac kəndlərinin sakinləri iştirak ediblər.
  Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxış edən Elçin Rzayev əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. O, həmçinin ölkə başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu qeyd edib. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən söz açıblar. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.
Keçidlər