Nurulu kəndində 23.01.2025-ci il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib
23 yanvar 2025 | 17:19
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təsdiq olunmuş qrafikə əsasən yanvar ayının sonuncu qəbulunu Nurulu kəndində keçirib. Qəbulda Nurulu kənd sakinləri ilə yanaşı Muradalılı və Otuziki kəndlərinin də sakinləri iştirak ediblər. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin də iştirak etdiyi görüş Nurulu kənd tam orta məktəbində baş tutub.
Görüşdə çıxış edən icra başçısı İmişli rayonunda abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü qəbul iştirakçılarının diqqətinə çatdırıb. Sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Qeyd edək ki, bu cür görüşlər, sakinlərin daha rahat və şəffaf şəkildə öz problemlərini irəli sürmələrinə, eyni zamanda yerindəcə müvafiq tədbirlərin görülməsinə imkan yaradır. Vətəndaşlarla birbaşa ünsiyyət, onların tələblərinin və ehtiyaclarının vaxtında həllinə töhfə verir.