Nurulu kəndində 23.01.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib
23 yanvar 2024 | 17:37
Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin səyyar qəbulları davam edir. Belə ki, yanvarın 23-də Nurulu kənd tam orta məktəbində sakinlərlə növbəti səyyar görüş baş tutub. Görüşdə Muradalılı, Otuziki və Nurulu kənd sakinləri ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri də iştirak ediblər.
Görüşdə çıxış edən icra başçısı İmişli rayonunda abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü qəbul iştirakçılarının diqqətinə çatdırıb. Sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.