Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 6-da Vətən müharibəsi şəhidləri Elgün Quliyev və Amil Səfərlinin 3-cü ildönümləri qeyd olunub

07 noyabr 2023 | 09:42
   Noyabrın 6-da Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn, İmişli rayonunun Qaragüvəndikli kəndindən olan Quliyev Elgün Fuad oğlunun və rayonun Çahar kəndindən olan Səfərli Amil Nizami oğlunun növbəti ildönümü mərasimləri qeyd olunub. Şəhidlərimizin ildönümü mərasimlərində şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçən, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğu söylənilib. Vətən üçün canını fəda edən oğullarımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarının hər kəs üçün örnək olduğu, şəhidlərimizin hər an qəlblərdə yaşayacağı qeyd edilib. Həmçinin şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad olunub, ailələrinə səbir dilənilib. Şəhidlərimizin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
   Allah rəhmət eləsin!
Keçidlər