Noyabrın 14-də icra başçısının növbəti səyyar görüşü Qaradonlu kəndində baş tutub
14 noyabr 2023 | 18:52
İmişli rayonununda sakinləri narahat edən problemlərin öyrənilməsi və həllinə nail olmaq məqsədilə mütəmadi olaraq səyyar görüşlər keçirilir. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təqvim planına uyğun olaraq bu gün növbəti səyyar qəbul-görüşünü Qaradonlu, Göhərli və Çahar kənd sakinləri ilə keçirib. Qaradonlu kənd tam orta məktəbdə təşkil olunan səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı İmişli rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verib. Bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir, həmçinin görülən bu məqsədyönlü işlər davamlı olacaq. Daha sonra rayon rəhbəri müraciətlərin dinlənilməsi və qanunlar çərçivəsində sakinlərə dəstəyin göstərilməsi ilə bağlı sonra sözü vətəndaşlara verib. Sakinlərinin müraciətləri diqqətlə dinlənilib, məsul şəxslərin iştirakı ilə bir qisminə müvafiq izahatlar verilib, araşdırma tələb edən digər müraciətlər qeydiyyata alınıb. Görüşdə iştirak edən sakinlər çıxışlarında səmimi qəbula və maneəsiz fikir, istəklərinin çatdırılmasına tam şərait yaradılmasına görə məmnunluqlarını bildirərək minnətdarlıqlarını ifadə ediblər.