Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 1-də Vətən müharibəsi şəhidi Nemət Cavadlının anım günü qeyd edilib

01 noyabr 2023 | 13:02
    Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də Cavadlı Nemət Cavid oğludur. Bu gün Nemətin şəhid olmasının üçüncü ildönümüdür. Bu münasibətlə keçirilən mərasimdə şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, rayon sakinləri iştirak ediblər. İgid Vətən oğlunun ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Mərasim zamanı 44 günlük Vətən müharibəsindən söz açan icra başçsısı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun gücü sayəsində qazandığımız böyük Zəfərin əhəmiyyətindən, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimizin fədakarlığından, şücaətindən danışıb. Şəhidimizin atası Cavid kişi şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Övladının xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib.
 
   Allah rəhmət eləsin!
Keçidlər