Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 1-də İmişli Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

01 noyabr 2024 | 14:17
     Bu gün İmişli rayonunun Heydər Əliyev Mərkəzində rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, Şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə İmişli şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda abidəsinin önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Konfrans başlamamışdan öncə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
    Çıxış edənlər iştirakçıları salamlayaraq, İmişli rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, aktiv fəaliyyətlərindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, cəmiyyətimizdə xüsusi yeri və hörməti olan ağsaqqallarımızın tövsiyə və məsləhətlərinə hər zaman ehtiyac vardır. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ağsaqqallara böyük ehtiramla yanaşdığı qeyd olunub. Məhz onun hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolu artıb və cəmiyyətimizin bütün sahələrində fəallıqları təmin edilib. Bu diqqət və qayğının hazırda Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyi diqqətə çatdırılıb. Sonra təşkilati məsələlər müzakirə olunub, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Keçidlər