Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti yenidənqurma işləri H.Aslanov küçəsinin avtomobil yollarında aparılıb

25 sentyabr 2023 | 12:22
   Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində verdiyi tapşırığa əsasən İmişli rayonunda əsaslı təmirə ehtiyacı olan avtomobil yollarında kompleks tədbirlər davam etdirilir. Belə ki, avtomobil yollarında aparılan yenidənqurma işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü yollarda aparılıb. Aparılan təmir-tikinti işləri çərçivəsində artıq cari ildə İmişli şəhərinin 7 küçəsində asfaltlaşma işləri yekunlaşdırılıb. Növbəti mərhələdə şəhərin H.Aslanov küçəsinin avtomobil yollarında əsaslı təmir işlərinə başlanılıb. Burada küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yol əsası hazırlanıb. Ardınca isə əraziyə yeni asfalt-beton örtüyü döşənib.
  Qeyd edək ki, tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.
 
 
 
 
 
 
Keçidlər