Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti yeni asfalt-beton örtük İ.Bayramov küçəsinin avtomobil yoluna döşənib

15 sentyabr 2023 | 15:00
  Müasir yolların salınması insanların rahatlığı, nəqliyyat vasitələrinin maneəsiz hərəkəti, bir sözlə vətəndaş məmnunluğunun təmin olunması deməkdir. Hazırda İmişli rayonu ərazisində avtomobil yollarına yeni asfalt-beton örtük qoyulması işlərinin icrası uğurla həyata keçirilir. Belə ki, İmişli şəhərinin İ.Bayramov küçəsində aparılan asfaltlaşma işləri yekunlaşdırılıb. Yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü yeni yol yatağı salınıb, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra həmin yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Bütün işlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.
  Hazırda İmişlinin şəhərdaxili digər avtomobil yollarında əsaslı təmir işləri aparılır və görülən bu işlər müntəzəm xarakterlidir.
 
(İ.Bayramov küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
 
 
 
 
 
 
Keçidlər