Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Mürsəlli kəndində keçirilib

18 mart 2025 | 12:59
   İmişli Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar görüşlər davam etdirilir. Əhalinin problemlərinin yerində həlli məqsədilə təşkil olunmuş növbəti səyyar görüş təsdiq edilmiş qrafikə uyğun olaraq martın 18-də rayonun Qaraqaşlı və Mürsəlli kənd sakinləri ilə keçirilib. Qəbul başlamamışdan öncə Mürsəlli kənd tam orta məktəbinin adını daşıyan şəhid Vaqif Haqverdiyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi böyük ehtiramla yad edilib.
  Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də sakinlər iştirak ediblər. Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Sonra qəbulda səmimi söhbət aparılaraq sakinlərin müraciət və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilib.
Keçidlər