Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti əsaslı təmir işləri S.Bəhlulzadə küçəsində aparılıb

23 iyul 2022 | 11:18
      İmişli rayonunda büdcədən ayrılmış vəsait hesabına şəhərdaxili avtomobil yollarında əsaslı təmir işləri davam etdirilir. Növbəti əsaslı təmir işləri İmişli şəhərinin S.Bəhlulzadəküçəsində aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq aparılan əsaslı təmir işləri tez bir zamanda yekunlaşdırılaraq sakinlərin bu yolla hərəkəti zamanı yaranmış çətinlikləri aradan qaldırılıb. Belə ki, avtomobil yollarına qum-çınqıl materialları tökülərək mexaniki hamarlama və bərkitmə işləri aparılıb, sonra yollara asfalt örtük qoyulub. Ümumilikdə 2000 kv.metr sahəyə asfalt döşənərək sakinlərin ümumi istifadəsinə verilib.
      Hazırda İmişli rayonu ərazisində görülən bu işlər mərhələli şəkildə digər şəhərdaxili yollarda da aparılır.
 
      (S.Bəhlulzadəküçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
Keçidlər