Növbəti əsaslı təmir işləri C.Qəhrəmanov küçəsinin avtomobil yollarında aparılıb
25 iyul 2022 | 09:12
İmişli şəhərinin C.Qəhrəmanov küçəsinin avtomobil yollarında büdcədən ayrılmış vəsait hesabına aparılan əsaslı təmir işləri başa çatdırılıb. Sözügedən avtomobil yolu uzun illər istismar olunduğundan əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. Artıq bu problem tam olaraq aradan qaldırılıb. Belə ki, ümumilikdə uzunluğu 400 metr olan avtomobil yoluna 1200 kv.metr asfalt örtük qoyularaq sakinlərin istifadəsinə verilib. Texnoloji ardıcıllığa uyğun aparılan yenidənqurma işləri ilə təbii ki, yolboyu vətəndaşların rahat gediş-gəlişi təmin olunub.
Hazırda İmişlinin şəhərdaxili digər avtomobil yollarında əsaslı təmir işləri aparılır və görülən bu işlər müntəzəm xarakterlidir.
(C.Qəhrəmanov küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)