Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti çoxmənzilli yaşayış binasının dam örtüyü yenilənib

04 fevral 2025 | 09:59
  İmişli şəhərinin T.İsmayılov küçəsində yerləşən 20 nömrəli binanın dam örtüyündə müasir metal vərəqlərdən ibarət örtük materiallarından istifadə edilməklə əsaslı təmir işləri yekunlaşıb. Dam örtüyünün müasir materiallarla yenilənməsi binanın xarici görkəmini müasir tələblərə uyğunlaşdıraraq estetik baxımdan daha cəlbedici edib. Yeni dam örtüyü yağış suyu və digər xarici amillərdən qorunma təmin edərək binanın ümumi möhkəmliyini artırıb.
  Qeyd edək ki, belə təşəbbüslər şəhər əhalisinin rifahının artırılmasına və sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına böyük töhfə verir. Bu təmir işləri ilə həmçinin, binaların uzunmüddətli istifadəyə yararlı olması təmin edilir. Hazırda İmişli şəhərində yerləşən digər çoxmənzilli yaşayış binasının dam örtüklərində əsaslı təmir işləri davam etdirilir.
Keçidlər