Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti asfaltlaşma işləri şəhidlərimizin adlarını daşıyan Rafiq Əliyev və Fəxri Şahbazov küçələrinin avtomobil yollarında aparılıb

30 dekabr 2025 | 09:37
   Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da uğurla davam etdirilir. Belə ki, İmişli şəhərində həyata keçirilən tədbirlər çərçivəsində uzun müddət təmir edilmədən istismar olunan avtomobil yollarına yeni asfalt-beton örtük qoyulmağa başlanılıb. C.Məmmədli, S.Şirəliyev, Ə.Həmidov, M.Məmmədov, N.Ocaqov, L.Vəliyev, R.Əbilov, H.Aslanov və Q.Nəbi küçələrində aparılan əsaslı təmir işlərindən sonra, şəhidlərimizin adını daşıyan Rafiq Əliyev və Fəxri Şahbazov küçələrində avtomobil yollarının əsaslı təmiri həyata keçirilib. Sözügedən küçələrin avtomobil yollarında texnoloji ardıcıllığa uyğun əsaslı təmir işləri aparılaraq yeni asfalt-beton örtüyü salınıb. Görülən işlər sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, ərazidə yaşayan əhalinin ümumi məmnunluğuna səbəb olub. Həyata keçirilən yenidənqurma işlərinə görə sakinlər dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirərək, göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
   Qeyd edək ki, rayon sakinlərinin uzun illərdir həllini tapmayan yol problemləri mərhələli şəkildə aradan qaldırılır və bu istiqamətdə həyata keçirilən işlər ardıcıl olaraq davam etdiriləcəkdir.
 
 
 
 
Keçidlər