Növbəti asfaltlaşma işləri şəhid Səttar Şirəliyev küçəsində aparılıb
20 dekabr 2025 | 09:30
İmişli rayonunun avtomobil yollarında əsaslı təmir işləri davam etdirilir. Belə ki, növbəti əsaslı təmir işləri İmişli şəhərində, şəhid Səttar Şirəliyevin adını daşıyan küçənin avtomobil yollarında aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq aparılan əsaslı təmir işləri tez bir zamanda yekunlaşdırılaraq sakinlərin bu yolla hərəkəti zamanı yaranmış çətinlikləri aradan qaldırılıb. Avtomobil yollarına qum-çınqıl materialları tökülərək mexaniki hamarlama və bərkitmə işləri aparılıb, sonra yollara asfalt örtük qoyulub. Ümumilikdə 2500 kv.metr sahəyə asfalt döşənərək sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların ruhunu şad etmək və ailələrinə dövlətin daimi dəstəyini göstərmək məqsədilə belə işlər davamlı olaraq həyata keçiriləcəkdir. Bu, həm də İmişli rayonunun sosial infrastrukturunun müasirləşdirilməsinə xidmət edir.












