Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti asfaltlaşma işləri şəhid Əmral Xəmmədov küçəsində aparılıb

09 yanvar 2025 | 09:44
    İmişli Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində avtomobil yollarının yenidən qurulması davam etdirilir. Belə ki, növbəti asfaltlaşma işləri İmişli şəhərində şəhid Əmral Xəmmədovun adını daşıyan küçənin avtomobil yollarında aparılıb. Sözügedən avtomobil yolunda layihə üzrə aparılan yenidənqurma işləri çərçivəsində torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb, yol əsası inşa olunub, yeni asfalt-beton örtüyü çəkilib.
    Qeyd edək ki, yeni asfalt örtüyü ilə təmin edilən Əmral Xəmmədov küçəsi sakinlər üçün daha rahat və təhlükəsiz hərəkət imkanı yaradıb. Bu cür layihələr, şəhidlərimizin adını əbədiləşdirmək və onların ailələrinə olan dövlət qayğısını göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Keçidlər