Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti asfaltlaşma işləri R.Bağırov küçəsində aparılıb

11 sentyabr 2023 | 09:44
   İmişli Rayon İcra Hakimiyyəti tərəfindən bu il də rayon ərazisində avtomobil yollarının yenidən qurulması davam etdirilir. Belə ki, bir neçə gün əvvəl İmişli şəhərinin Q.İsmayılzadə küçəsində asfaltlaşma işləri yekunlaşdıqdan sonra R.Bağırov küçəsinin avtomobil yollarına yeni asfalt-beton örtüyü döşənməsi üçün işlərə başlanılmışdı. Artıq həmin küçədə görülən işlər yekunlaşdırılaraq avtonəqliyyat vasitələrinin normal hərəkəti təşkil edilib. Sözügedən avtomobil yolunun uzun müddət istismar nəticəsində deformasiyaya uğradığından nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarandığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Layihə üzrə aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb, yeni yol əsası inşa olunub, yeni asfalt-beton örtüyü döşənib.
   Qeyd edək ki, hal-hazırda İmişli şəhərinin təmirə ehtiyacı olan digər küçələrində asfaltlaşma işləri aparılır.
(R.Bağırov küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
 
 
 
 
 
 
 
 
Keçidlər