Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti asfaltlaşma işləri M.Sadıqcan küçəsinin avtomobil yollarında aparılıb

11 oktyabr 2023 | 11:04
   Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər İmişli rayonunda uğurla davam etdirilir. Belə ki, İmişli şəhəri ərazisində həyata keçirilən tədbirlər çərçivəsində uzun müddət təmir edilmədən istismar olunan avtomobil yollarına yeni asfalt-beton örtük qoyulmağa başlanılıb. Q.İsmayılzadə, R.Bağırov, C.Nəsirov, İ.Bayramov, Q.Əliyev, İ.Həsənoğlu, Ə.Vahid, N.Nərimanov və H.Aslanov küçələrinin avtomobil yollarından sonra əsaslı təmir işləri İmişli şəhərinin M.Sadıqcan küçəsində aparılıb. Sözügedən küçənin avtomobil yollarında texnoloji ardıcıllığa uyğun əsaslı təmir işləri aparılaraq yeni asfalt-beton örtüyü salınıb. Görülən işlər sözügedən küçədə yaşayan sakinlərin sevincinə səbəb olub və həyata keçirilən genişmiqyaslı işlərə görə dövlət başçısı cənab İlham Əliyevə bütün məhlə sakinləri adından minnətdarlıqlarını bildiriblər.
  Qeyd edək ki, rayon sakinlərinin uzun illərdir həllini tapmayan yol problemləri mərhələli şəkildə həll edilir.
 
(M.Sadıqcan küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər