Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti asfaltlaşma işləri İ.Həsənoğlu küçəsinin avtomobil yollarında aparılıb

20 sentyabr 2023 | 11:46
  Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da uğurla davam etdirilir. Belə ki, İmişli şəhərində həyata keçirilən tədbirlər çərçivəsində uzun müddət təmir edilmədən istismar olunan avtomobil yollarına yeni asfalt-beton örtük qoyulmağa başlanılıb. Q.İsmayılzadə, R.Bağırov, C.Nəsirov, İ.Bayramov və Q.Əliyev küçələrinin avtomobil yollarından sonra əsaslı təmir işləri İmişli şəhərinin İ.Həsənoğlu küçəsində aparılıb. Sözügedən küçənin avtomobil yollarında texnoloji ardıcıllığa uyğun əsaslı təmir işləri aparılaraq yeni asfalt-beton örtüyü salınıb. Görülən işlər İ.Həsənoğlu küçəsində yaşayan sakinlərin sevincinə səbəb olub və həyata keçirilən genişmiqyaslı işlərə görə dövlət başçısı cənab İlham Əliyevə bütün məhlə sakinləri adından minnətdarlıqlarını bildiriblər.
  Qeyd edək ki, rayon sakinlərinin uzun illərdir həllini tapmayan yol problemləri mərhələli şəkildə həll edilir və bu istiqamətdə görülən işlər hazırda İmişli şəhərinin digər küçələrində aparılır.
 
   (İ.Həsənoğlu küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
Keçidlər