Şriftin ölçüsü :

Saytın rəngi :

N.Nərimanov küçəsinin avtomobil yolları yenidən qurulub

23 sentyabr 2023 | 17:10
    İmişli şəhəri ərazisində avtomobil yollarının yenidən qurulması istiqamətində görülən işlər davam etdirilir. Belə ki, əhalinin kompakt yaşayış massivində və gediş-gəlişin çox olduğu nəzərə alınaraq şəhərin N.Nərimanov küçəsinin avtomobil yollarında əsaslı təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilib. Bu səbəbdən sözügedən yolda əvvəlcə torpaq və çınqıl örtüklü yeni yol yatağı salınıb, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra həmin yola yeni asfalt-beton örtük döşənib. Bütün işlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb. Görülən işlər ərazidə yaşayan sakinlərin sevincinə səbəb olmuş və nəticə etibarı ilə şəhər mərkəzi istiqamətində nəqliyyat vasitələrinin hərəkət sıxlığının azalmasına müsbət təsir göstərmişdir.
    Qeyd edək ki, bu tədbirlərin icrası sözügedən ərazidə yaşayan əhalinin rahatlığını təmin edir və görülən işlərin vaxtında yekunlaşdırılması daima nəzarətdə saxlanılır.

    (N.Nərimanov küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
Keçidlər