Nəriman Nərimanov küçəsinin avtomobil yollarında asfaltlaşma işləri aparılıb
15 yanvar 2025 | 10:28
İmişli şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri istiqamətində görülən işlər çərçivəsində uzun müddətdir baxımsız vəziyyətdə olan Nəriman Nərimanov küçəsinin avtomobil yollarına yeni asfalt örtük çəkilib. Yeni asfalt yol şəhər ərazisindəki nəqliyyatın daha səmərəli şəkildə təşkil olunmasına böyük töhfə verir. Əsaslı təmir işləri yolda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə üfüqi nişanlanma xətlərinin rənglənməsi işlərini də əhatə edib.
Qeyd edək ki, İmişlidə yol infrastrukturunun yenilənməsi ilə əlaqədar reallaşdırılan məqsədyönlü tədbirlər davamlı xarakter daşıyır.