Şriftin ölçüsü :

Saytın rəngi :

Mürsəlli kəndində 07.04.2026-cı il tarixdə sakinlərlə səyyar görüş keçirilib

07 aprel 2026 | 19:22
      İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar görüşlər davam etdirilir. Əhalinin problemlərinin yerində həlli məqsədilə təşkil olunmuş növbəti səyyar görüş təsdiq edilmiş qrafikə uyğun olaraq aprelin 7-də rayonun Qaraqaşlı və Mürsəlli kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də sakinlər iştirak ediblər.
     Görüşdə çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Sonra qəbulda səmimi söhbət aparılaraq sakinlərin müraciət və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilib.
Keçidlər