Şriftin ölçüsü :

Saytın rəngi :

Murğuzalılı kəndində 16.01.2024-cü il tarixdə səyyar görüş baş tutub

16 yanvar 2024 | 19:01
    Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev 2024-cü ilin növbəti səyyar qəbul-görüşünü təsdiq edilmiş qrafikə uyğun olaraq yanvarın 16-da Murğuzalılı kəndində keçirib. Səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbərləri, eləcə də Murğuzalılı və Xoşçobanlı kənd sakinləri iştirak ediblər.
    Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri salamlayaraq hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Qaldırılan məsələlərin müsbət həll edilməsinin arxasında vətəndaş məmnunluğunun dayandığını qeyd edən rayon rəhbəri bugünkü görüşün də bu məqsədlə keçirildiyini söyləyib. Sonra qəbulda səmimi söhbət aparılaraq sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilib. Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb.
Keçidlər