Muradxanlı kəndində şəhid atasının yas mərasimində iştirak edilib
01 fevral 2025 | 13:32
Fevralın 1-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Birinci Qarabağ müharibəsi şəhidi İmanov Zülfəli İsgəndər oğlunun atası İsgəndər İmanovun yas mərasimində iştirak edib. Rayonun Muradxanlı kəndində keçirilən mərasimdə rayon rəhbəri ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. Mərasim zamanı icra başçısı yas sahiblərinə İmişli RİH-nin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Mərhumun ailə üzvləri isə göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!