Şriftin ölçüsü :

Saytın rəngi :

Muradxanlı kəndində 18.04.2024-cü il tarixdə səyyar görüş baş tutub

18 aprel 2024 | 18:53
    Bu gün təsdiq edilmiş qrafikə uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən rayonun Muradxanlı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər.
    Qəbulda əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan icra başçısı prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, yerlərdə problemlərin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək belə görüşlərin davamlı olacağını bildirib. Sonra vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
Keçidlər