Muradxanlı kəndində 17.02.2026-cı il tarixdə vətəndaşlarla səyyar görüş baş tutub
18 fevral 2026 | 12:39
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun xidmət sahələrinin rəhbərləri ilə birgə yerlərdə mütəmadi görüşlər keçirir. Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Bu qəbildən olan növbəti səyyar qəbul bu gün rayonun Muradxanlı kəndində keçirilib.
Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri salamlayaraq keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin ərazidəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.






