Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Vüsal Şahmarlının və Anar Cavadzadənin əziz xatirələri anılıb

18 oktyabr 2023 | 16:45
  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan İmişli rayon şəhidləri, Şahmarlı Vüsal Mərdan oğlunun və Cavadzadə Anar Tahir oğlunun oktyabrın 18-də 3-cü ildönümü mərasimləri qeyd olunub. Mərasimlərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Qəhrəman şəhidlərimizin ildönümlərində əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
  Mərasim zamanı icra başçısı şəhidlərimizin ailələrinə başsağlığı verərək belə vətənpərvər, mərd və şücaətli oğullar böyütdükləri üçün şəhidlərimizin valideynlərinə minnətdarlığını bildirib. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igid oğullarımızın xatirələrinin hər zaman əziz tutulacağı və unudulmayacağını bildirən rayon rəhbəri döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusunun dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının İmişli rayonunda da davam etdirildiyini diqqətə çatdırıb. Sonda bir daha şəhidlərimizin ailə üzvlərinə başsağlığı verilib, Allahdan onlara səbir dilənilib.
 
    Allah rəhmət eləsin!
Keçidlər