İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhid atasının yas mərasimində iştirak edib
18 aprel 2023 | 19:48
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhid Hafiz Şirxanovun atası Mehdixan Şirxanovun rayonun Sarıxanlı kəndində keçirilən yas mərasimində iştirak edib. Mərasimdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Mərasim zamanı icra başçısı şəhid atasının vəfatından kədərləndiyini bildirib, şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, Allahdan onlara səbir, dözüm, dəyanət diləyib. İcra başçısı qeyd edib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. Nə qədər Azərbaycan xalqı var Hafiz Şirxanov kimi qəhrəman oğullarımız daim qəlblərdə yaşayacaq. Rayon rəhbəri ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. İmişlidə də ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Eyni zamanda RİH-nin başçısı şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Şəhidimizin ailə üzvləri xüsusi qayğıya görə rayon rəhbərinə və gələn digər qonaqlara minnətdarlığını ifadə edib.
Allah rəhmət eləsin!