Mirili kəndində 16.04.2024-cü il tarixdə səyyar görüş baş tutub
16 aprel 2024 | 18:45
Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə aprelin 16-da təsdiq edilmiş qrafikə uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun Qaravəlili və Mirili kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirib. Mirili kənd tam orta məktəbində təşkil olunan səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Sonra rayon rəhbəri sakinlərdən müraciətlərini səsləndirilmələrini xahiş edib. Qaldırılan problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli istiqamətində görüləcək tədbirlər müəyyənləşdirilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə razılıqlarını bildiriblər.