Şriftin ölçüsü :

Saytın rəngi :

M.Hüseyn küçəsinin avtomobil yollarında aparılan əsaslı təmir işləri başa çatdırılıb

21 iyul 2022 | 17:16

     İmişli şəhərinin M.Hüseyn küçəsinin avtomobil yollarında büdcədən ayrılmış vəsait hesabına aparılan əsaslı təmir işləri başa çatdırılıb. Sözügedən avtomobil yolları uzun müddət təmir olunmadığından avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaranırdı. Artıq bu problem tam olaraq aradan qaldırılıb. Belə ki, ümumilikdə uzunluğu 600 metr olan avtomobil yollarına 3000 kv. metr asfalt örtük qoyularaq sakinlərin istifadəsinə verilib. Texnoloji ardıcıllığa uyğun aparılan yenidənqurma işləri ilə yolboyu vətəndaşların rahat gediş-gəlişi təmin olunub.

     Hazırda İmişlinin şəhərdaxili digər avtomobil yollarında əsaslı təmir işləri aparılır və görülən bu işlər müntəzəm xarakterlidir.   

     (M.Hüseyn küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)   

Keçidlər