Şriftin ölçüsü :

Saytın rəngi :

Məzrəli kəndində şəhid anasının yas mərasimində iştirak edilib

03 iyun 2026 | 19:10
 
      İyunun 3-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhid Bağırov Ramil Ənvər oğlunun anası Bağırova Gülü Qəni qızının yas mərasimində iştirak edib. Rayonun Məzrəli kəndində keçirilən mərasimdə Rayon İcra Hakimiyyəti başçısı ilə yanaşı millət vəkili Səyyad Aran, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı icra başçısı yas sahiblərinə İmişli RİH-nin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Mərhumun ailə üzvləri göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.
     Allah rəhmət eləsin!
Keçidlər