Şriftin ölçüsü :

Saytın rəngi :

Məzrəli kəndində 28.07.2025-ci il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

28 iyul 2025 | 19:14
  Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində mütəmadi olaraq səyyar görüşlər keçirilir. Görüşlər zamanı müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. İyulun 28-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bu qəbildən olan növbəti səyyar qəbul-görüşünü təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun Məzrəli, Çaxırlı və Xubyarlı kənd sakinləri ilə keçirib. Qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər.
   Qəbul zamanı çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq səmimi ürək sözlərini çatdırıb, rayon sakinlərinin rahatlığının təmin olunması ilə bağlı görülən işlər barədə sakinlərə ətraflı məlumat verib. Qeyd edib ki, rayonda keçirilən istər səyyar, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur və vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Səmimi söhbət əsasında keçən səyyar qəbul zamanı sakinlər onları narahat edən bir sıra məsələləri qeyd ediblər. Sakinlərin təkliflərini həssaslıqla dinləyən icra başçısı mövcud problemlərin həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.
Keçidlər