Məzrəli kəndində 22.02.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar qəbulunu 22.02.2024-cü il tarixdə rayonun Məzrəli, Xubyarlı və Çaxırlı kənd sakinləri ilə keçirib. Qəbulda sakinlərlə yanaşı icra aparatının məsul işçiləri və rayonun xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər.
Qəbul başlamamışdan öncə icra başçısı sakinləri salamlayaraq bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Qeyd edib ki, rayonda keçirilən istər səyyar, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur və vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Səmimi söhbət əsasında keçən səyyar qəbul zamanı sakinlər onları narahat edən bir sıra məsələləri qeyd ediblər. Sakinlərin təkliflərini həssaslıqla dinləyən icra başçısı mövcud problemlərin həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.