Kürdmahmudlu kəndində sakinlərlə səyyar görüş keçirilib
Təsdiq olunmuş qrafikə uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin hər həftə təşkil olunan səyyar görüşlərindən biri də bu gün rayonun Xəlfəli, Kürdmahmudlu və Hacıalmuradlı kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri, həmçinin sakinlər iştirak ediblər.
Səyyar qəbulda əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan icra başçısı prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, yerlərdə problemlərin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək belə görüşlərin davamlı olacağını bildirib. Sonra görüşdə sakinlərin müraciətləri dinlənilib, qaldırılan problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.