Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə işləri aparılıb

31 avqust 2026 | 11:33

    Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə əhalinin maarifləndirilməsi və ictimai məlumatlılığın artırılması məqsədilə İmişli rayonunda müvafiq tədbirlər həyata keçirilib. Görülən işlər çərçivəsində vətəndaşlara korrupsiyanın cəmiyyətin inkişafına və dövlət idarəçiliyinə mənfi təsirləri, korrupsiya hallarının qarşısının alınmasının əhəmiyyəti, habelə qanunvericiliyin tələbləri barədə məlumat verilib. Əhali arasında korrupsiyaya qarşı mübarizənin zəruriliyi, şəffaflığın və hesabatlılığın təmin edilməsinin əhəmiyyəti ilə bağlı izahat işləri aparılıb.
    Maarifləndirmə tədbirləri zamanı vətəndaşlara korrupsiya hüquqpozmalarının yolverilməz olduğu, belə hallarla qarşılaşdıqda aidiyyəti dövlət qurumlarına müraciət etməyin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, korrupsiyaya qarşı mübarizə tədbirlərinə dair maarifləndirici bukletlər hazırlanaraq əhali arasında geniş şəkildə paylanılıb. Bu istiqamətdə məlumatlandırma işlərinin davamlı şəkildə həyata keçirilməsi və ictimai iştirakçılığın artırılması nəzərdə tutulub.

Keçidlər