İmişlidən olan yeniyetmə boksçunun Avropa uğuru qeyd edilib
07 avqust 2025 | 10:20
Avqustun 6-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Serbiyada keçirilən yeniyetmələr arasında Boks üzrə Avropa çempionatında gümüş medal qazanan Kazımzadə Məhəmməd Nahid oğlunu, onun müəllimi Valeh Qasımovu və babası Fuad Ağayevi qəbul edib.
İdmançımızla səmimi söhbət aparan icra başçısı əldə etdiyi nailiyyət və parlaq qələbə münasibətilə onu təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, bu cür uğurlar gənclər arasında sağlam həyat tərzinin təşviqinə və idmana marağın artmasına mühüm töhfə verir. Qeyd edib ki, müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev idmanın inkişafına daim xüsusi önəm verib və bu sahədə görülən işlərin əsasını yaradıb. Bu siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda idmanın inkişafı üçün yaradılan geniş imkanlar regionlarda da öz bəhrəsini verir və gənc nəslin beynəlxalq arenalarda uğurla təmsil olunmasına şərait yaradır. Vurğulayıb ki, son zamanlar İmişli idmançıları da bizi uğurları ilə qürurlandırır, beynəlxalq yarışlarda parlaq nəticələr göstərərək üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırırlar.
Görüşün sonunda xatirə şəkli çəkilib və idmançımız qiymətli hədiyyə ilə mükafatlandırılıb.






