Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Zəhmətkeş qadın” abidə kompleksinin ətrafında yeni ağaclar əkilib

09 dekabr 2023 | 13:35
    Dekabrın 9-da İmişli rayonuna cənubdan giriş hissədə və Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati ərazisində yerləşən ötən əsrin 80-cı illərində inşa edilmiş “Zəhmətkeş qadın” abidə kompleksinin ətrafına yeni ağaclar əkilib. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin əməkdaşları və Qaradonlu bələdiyyəsinin üzvləri ağacəkmə aksiyasında iştirak ediblər. Həyata keçirilən yaşıllaşdırma işləri zamanı kompleksin ətrafında təmizlik-abadlıq işləri aparılıb, dekorativ ağaclar əkilib, yeni əkilən ağaclar suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
    Qeyd edək ki, rayonumuzun yaşıllaşdırılması və daha da gözəlləşməsinə töhfə olan bu cür aksiyalar İmişlidə mütəmadi hal alıb, eyni zamanda ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə, həm də insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.
Keçidlər