Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Zəfər Gününün 5-ci illiyi münasibətilə tədbir keçirilib

08 noyabr 2025 | 13:51
   İmişli rayonunda 8 Noyabr – Zəfər Gününün 5-ci illiyi münasibətilə “8 Noyabr – qürur və qələbə günümüz” adlı tədbir keçirilib. Tədbir İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə baş tutub. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər gül-çiçək dəstələri qoyularaq dahi rəhbərin əziz xatirəsi dərin ehtiramla yad edilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
   Giriş sözü ilə çıxış edən icra başçısı 8 Noyabr – Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın birliyinin, dövlətçiliyimizin və milli həmrəyliyimizin təntənəsidir. O qeyd edib ki, bu Qələbə hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaşadır, azad edilmiş torpaqlarda geniş vüsət alan bərpa-quruculuq işləri isə dövlətimizin gücünün və xalqımızın sarsılmaz iradəsinin bariz göstəricisidir. Digər çıxış edənlər Zəfər Gününün Azərbaycan xalqı üçün qürur və iftixar mənbəyi olduğunu qeyd ediblər, həmçinin bu günün milli həmrəyliyimizi daha da möhkəmləndirdiyini xüsusi vurğulayıblar. Tədbir səmimi mühitdə, yüksək maraq və dərin vətənpərvərlik hissi ilə başa çatıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər