Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yüksək bal toplayaraq tələbə adını qazanan gənclərlə görüş keçirilib

05 sentyabr 2024 | 18:42
   Sentyabrın 5-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirib. İmişli rayonunun Heydər Əliyev Mərkəzində baş tutan görüşdə icra başçısı ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev, məktəb direktorları, məzunlar və onların valideynləri iştirak ediblər.
  Görüşü giriş sözü ilə açan icra başçısı tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi, müstəqil Azərbaycana ləyaqətlə, əsl vətəndaş kimi xidmət göstərməyi tövsiyə edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev təhsili millətin gələcəyi adlandırır, gənclərin müasir biliklərə yiyələnməsinə, müstəqil Azərbaycanın sabahkı qurucularının yetişdirilməsinə misilsiz qayğı göstərirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, ölkəmizdə bu sahədə ən yeni, müasir layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Tədbir zamanı çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara bəslənən ümidləri əməli işləri ilə cavab verəcəklərini, elmin sirlərinə dərindən yiyələnərək vətənimiz üçün layiqli mütəxəssislər olacaqlarını bildiriblər. Sonda qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb, həmçinin RİH başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər