Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yol infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər davam etdirilir

15 sentyabr 2023 | 14:46

  İmişli şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri istiqamətində görülən işlər davam etdirilir. Belə ki, növbəti asfaltlaşma işləri İmişli şəhərinin C.Nəsirov küçəsinin avtomobil yollarında aparılıb. Sözügedən küçədə texnoloji ardıcıllıqla əsaslı təmir işləri aparılaraq yola yeni asfalt örtük salınıb və həmin yol sakinlərin əsas istifadə etdiyi yollardan olduğu üçün əhalinin gediş-gəlişi xeyli asanlaşıb, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təşkil edilib. Görülən işlərlə yanaşı İmişli şəhərinin əsaslı təmir işləri nəzərdə tutulan digər küçələrinin avtomobil yollarında asfalt örtük qoyulması üçün yol yatağında hazırlıqlara başlanılıb.
  Qeyd edək ki, İmişlidə rayon sakinlərinin uzun illərdir həllini tapmayan yol problemləri mərhələli şəkildə həll edilir. Görülən işlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunur. Həmin ərazilərdə torpaq yataqlarının tikintisi yekunlaşdırıldıqdan sonra avtomobil yollarına yeni asfalt-beton örtüyü döşənəcəkdir.

(C.Nəsirov küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

 

Keçidlər