Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yol infrastrukturunun yenilənməsi daim diqqət mərkəzindədir

18 iyul 2022 | 15:30
      İmişli şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri istiqamətində görülən işlər davam etdirilir. Belə ki, şəhərin mərkəzi hissəsində yerləşən, uzun müddətdir baxımsız vəziyyətdə olan R.Əliyev küçəsinin avtomobil yollarına yeni asfalt örtük qoyulub. Uzunluğu 300 metrdən ibarət olan yola 1800 kv.metr asfalt döşənib və küçənin təhkim-mühafizə zolağında, eyni zamanda yol birləşmələrində son tamamlanma işləri yekunlaşdırılıb. Əsaslı şəkildə təmir aparılan R.Əliyev küçəsi sakinlərin əsas istifadə etdiyi yollardan olduğu üçün əhalinin gediş-gəlişini xeyli asanlaşdırıb. Bununla yanaşı İmişli şəhərinin əsaslı təmir işləri nəzərdə tutulan digər küçələrinin avtomobil yollarında hazırlıqlara başlanılıb.
       Qeyd edək ki, İmişlidə yol infrastrukturunun yenilənməsi ilə əlaqədar reallaşdırılan məqsədyönlü tədbirlər davamlı xarakterə malikdir.
 
 
 
 
Keçidlər