Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yeni məktəb tikintisinə başlanılıb

28 avqust 2023 | 10:11
   Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu sosial-iqtisadi siyasət respublikamızın hər yerində olduğu kimi İmişli rayonunda da davam etdirilir.
  Ölkəmizdə təhsilin inkişafından danışarkən heç şübhəsiz təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan davamlı addımları da vurğulamaq lazımdır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub. Təmirə ehtiyacı olan məktəblər ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilərək istifadəyə verilib. Qeyd edək ki, görülən işlərə uyğun olaraq İmişli rayonunun Aranlı kənd Yusif Sadatxanov adına tam orta məktəbi üçün yeni binanın inşası işlərinə başlanılıb. Tədris ocağı üçün tikilən yeni bina üçmərtəbəli, 624 şagird yerlik olacaq. Yeni məktəb binası ümumi sahəsi 2450 kv.metr ərazini əhatə etməklə zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalarla, əyani vəsaitlərlə tam təchiz ediləcəkdir. Üçmərtəbəli binada sinif otaqları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, qızlar və oğlanlar üçün texnologiya təlim otaqları, akt zalı, idman zalı və açıq idman meydançası ilə təmin olunacaq. Binanın növbəti ilin birinci rübündən istifadəyə verilməsi nəzərdə tutulub. Müasir arxitektura üslubunda inşa edilən məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait olacaqdır. Bu da gələcəkdə şagirdlərin təhsili üçün gözəl təməl sayılır.
  Kənd əhalisi yeni məktəb binasının tikintisini razılıq hissi ilə qarşılayıblar. Məktəbin kollektivi və valideynlər təhsil sahəsinə göstərilən dövlət qayğısına görə ölkə prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər