Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir

22 oktyabr 2024 | 20:27
   İmişli rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq yerli iqlim şəraitinə uyğun ağac və kolların əkilməsi işləri davam etdirilir. Belə ki, İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi "Tədbirlər Planı"na uyğun olaraq oktyabrın 22-də Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun 95-ci km-liyinin kənarında növbəti ağacəkmə aksiyası keçirilib. İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, MKTİB-nin əməkdaşları və rayon sakinləri iştirak ediblər. Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir. Həyata keçirilən aksiya zamanı avtomobil yolunun kənarında 500-ə yaxın şam ağacı əkilib, yeni əkilən tinglər suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.
   Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 11 minədək müxtəlif növ ağac və kol bitkilərinin əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər