İmişlidə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş növbəti iməclik aksiyası keçirilib
12 oktyabr 2024 | 14:45
Oktyabrın 12-də İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təmiz dünya təmiz həyatdır!” adlı ekoloji aksiya çərçivəsində rayon ərazisində növbəti iməclik keçirilib. İməclik zamanı ərazilər insan sağlamlığı və ətraf mühit üçün zərərli olan müxtəlif məişət tullantılarından və polietilen torbalardan təmizlənib, toplanan məişət tullantıları ərazidən daşınıb, zibilliklər ləğv edilib, eyni zamanda digər abadlıq işləri görülüb.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş iməclik aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır. Görülən işlərə baxmayaraq yol kənarlarına yenə də tullantılar atılır, yaşayış məntəqələrinin ətrafında kütləvi zibilliklər yaranır. Bu səbəbdən də rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.