İmişlidə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
26 fevral 2024 | 17:24
İmişli rayonunda Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq fevralın 24-də İmişli-Qaradonlu avtomobil yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına, artırılmasına yönəltmək və təbiətə töhfə verməkdir.
Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik və abadlıq işləri aparılıb, rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 300-ə yaxın ağac əkilib, yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.