Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən inşa və şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

24 may 2024 | 16:17
  Respublikamızın bütün bölgələrində olduğu kimi İmişli rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir. Mayın 24-də İmişli Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ümumilikdə rayon üzrə 60 şagirdin iştirak etdiyi inşa və şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbir Dövlət Himnimizin səsləndirilməsi, ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
  Çıxış edənlər bu cür müsabiqələrin keçirilməsində məqsədin insanları, xüsusilə də gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək və genişləndirməkdən ibarət olduğunu qeyd ediblər. Sonra müsabiqə çərçivəsində qalib olmuş məktəblilər təşəkkürnamə və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Tədbirin sonunda məktəblilərlə xatirə şəkilləri çəkdirilib.
Keçidlər